Rusiya Gürcüstanda yeni fəaliyyətə başlayan neft emalı zavoduna neft göndərməyə başlayıb.
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı «Reuters»ə istinadən xəbər verir ki, Rusiya ilk dəfə olaraq Gürcüstanın Kulevi şəhərindəki yeni zavoda 105 min ton neft göndərib.
Agentliyin məlumatına görə, okbyabrın 6-da Rusiyanın «Russneft» şirkəti Qara dənizdəki Novorossiysk limanından Gürcüstanın Külevi limanına 105,3 min ton «Siberian Light» markalı neft göndərib. Gürcüstandakı neft emalı zavodu da yenicə, bu ilin oktyabrından fəaliyyətə başlayıb və bu müəssisə «Black Sea Petroleum» özəl şirkətinə məxsusdur.
Zavodun ilkin emal gücü ildə 1,2 milyon ton neftdir. 2028-ci ilədək isə bu rəqəmi ildə 4 milyon tona çatdırmaq nəzərdə tutulur. Yeni müəssisə həm daxili həm də xarici bazarları neftlə təmin edəcək.
Agentlik bildirir ki «Yeni neft ayırma zavodunun işə düşməsi ilə Gürcüstan hökuməti Rusiya, Türkiyə, Azərbaycan, Rumıniya və Qazaxıstandan yanacaq asılılığını azaltmaq niyyətindədir.