Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməlidir.
Eləcə də bax: “Azəriqaz”dan qaz limiti və qaz sayğacları ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
"2022-ci il yekunlaşır və 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. Bu il bu məsələ 10 gün yubandı. Məqsədəuyğun olardı ki, “Azəriqaz” limitləri vaxtında sıfırlasın. İnsanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir, yubanmaya görə "mavi yanacaq"dan istifadə üçün daha çox xərc çəkir", - deyə o qeyd edib. (Report)