2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 14 milyard 437 milyon dollar həcmində 23 milyon 596 min ton xam neft ixrac edilib.
Azərbaycanın neft-qaz sektoruna bu il 5 mlrd. manatdan çox vəsait yönəldilib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 803 milyon dollar və ya 11,1%, miqdar ifadəsilə isə 2 milyon 451 min ton, başqa sözlə 9,4% azalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycandan 16 milyard 241 milyon dollar dəyərində 26 milyon 47 min ton xam neft ixrac olunmuşdu.
2024 ilin yanvar-dekabr aylarının nəticələrinə əsasən Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 040 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 060 manat idi. Bu da illik müqayisə ilə 20 manat və ya 1,9% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 54,37%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 47,91% olub.