Bu ilin yanvar-sentyabr aylarında neft boru kəməri nəqliyyatı ilə 29 milyon 787,7 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə 8,3% çoxdur.
2022-ci ilin 9 ayında bu nəqliyyat növü ilə 27 milyon 505,2 min ton yük daşınmışdı.
Yük dövriyyəsi isə 40 milyard 779 milyon ton-km təşkil edib ki, bu da illik 4,8% artım deməkdir.
2022-ci ilin yanvar-sentyabr aylarında yük dövriyyəsi 38 milyard 917,2 milyon ton-km idi.
Neft boru kəməri ilə yük daşınmasından 813 milyon 480,7 min manat gəlir əldə edilib.
Lakin gəlirlər son bir ildə 11,8% aşağı düşüb.
2022-ci ilin eyni dövründə bu nəqliyyat növü ilə yük daşınması 922 milyon 225,5 min manat gəlir gətirib.