Bu ilin ilk 9 ayı ərzində hava nəqliyyatı ilə 2 milyon 170,5 min daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Daşınmaların 1 milyon 610,8 min nəfəri beynəlxalq, 559,7 min nəfəri isə daxili sərnişindaşımanın payına düşüb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi sərnişin daşıma 31%, beynəlxalq sərnişin daşıma 51,5% artıb, daxili sərnişin daşıma isə 5,6% azalıb.
Hesabat dövründə sərnişin dövriyyəsi 12,4% artaraq 3 milyard 969,1 milyon sərnişin-kilometr təşkil edib.
Beynəlxalq sərnişin dövriyyəsi 3 milyard 524,9 milyon sərnişin-kilometr, daxili sərnişin dövriyyəsi isə 444,2 milyon sərnişin kilometr olub.
Göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,4% artıb və 19,8% azalıb.
Hava nəqliyyatı ilə sərnişin daşınmasından isə 1 milyard 103 milyon 372,4 min manat gəlir əldə olunub.
Bunun da 1 milyard 61 milyon 310,7 min manatı beynəlxalq, 42 milyon 61,7 min manatı isə daxili sərnişin daşımanın payına düşüb
Ümumi gəlirlər illik müqayisədə 29,3%, beynəlxalq sərnişin daşınmasından gəlirlər 32,3% artıb, daxili sərnişin daşınmasından gəlirlər isə 18% azalıb.