19 fevral 2020-ci il tarixində BP şirkəti podratçıların təhlükəsizliyinə dair 2-ci foruma ev sahibliyi etmişdir. Nobel Oil Services şirkətinin iki törəmə müəssisəsi - Global Energy Solutions (GLENSOL) və SDL Nobel BP şirkətinin podratçıları olaraq tədbirdə iştirak etməyə dəvət almışdır. Forumun məqsədi, anbar fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin gücləndirilməsi və risklərin idarə edilməsi baxımından BP şirkəti və onun podratçıları arasında kommunikasiyanın vacibliyinə dair fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübə ilə bölüşmək və panel müzakirələrdə iştirak etməkdir.
Eləcə də bax: SOCAR-la STP birgə müəssisə yaradıb - İMZALANDI
FED.az xəbər verir ki, tədbirə qatılanlar sırasında olan GLENSOL şirkətinin baş direktorunun müavini Anar Orucov anbar fəaliyyətinin idarə edilməsi və təchizatçılar tərəfindən idarə edilən mal-material ehtiyatlarına kompleks yanaşma haqqında təqdimatla çıxış etdikdən sonra sual-cavab sessiyası keçirildi. Bundan əlavə GLENSOL şirkəti, 2019-cu ildə təhlükəsizlik, avadanlıqlara texniki xidmət və anbar fəaliyyəti standartları üzrə fəaliyyətin təkmilləşdirilməsinə görə təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır.
“Mən BP şirkətinə təkcə öz əməkdaşlarının deyil, həm də ümumilikdə bütün podratçıların təhlükəsizliyinə sərhədsiz qayğı göstərdiyinə görə təşəkkür edirəm. İşçilərimiz bizim üçün müstəsna dəyərdir və mən şirkətimizdə çalışan hər bir əməkdaşın işini yüksək qiymətləndirirəm, çünki bu mükafat, komandamın birgə qazandığı nailiyyətidir. Bu gözəl bir çağırış idi və biz daha böyük məqsədlərə çatmaq üçün bu yolla getməyi davam edəcəyik, çünki biz ötən hər bir gün ilə müqayisədə daha yaxşı olmaq istəyirik” – deyə Anar Orucov bildirmişdir.
“Bu mükafat, əməkdaşlarımızın çalışdığı işgüzar mühiti daha təhlükəsiz və daha rahat etmək üçün göstərdiyimiz bütün səylərin ən yaxşı təsdiqidir” Nobel Oil Services şirkətinin Baş Kommersiya Direktoru Eldar Məmmədzadə qeyd etmişdir.
Nobel Oil Services şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət göstərən törəmə müəssisəsi kimi 2012-ci ildə yaradılmış GLENSOL şirkəti, istehsal obyektlərinin bütövlülüyünün idarə edilməsi, əməliyyat/istismar səmərəliliyinin təmin edilməsi xidmətləri, turbokompressor avadanlıqları, klapanlar və nasoslar üçün təmir və texniki xidmət işlərini həyata keçirir. Onun müştəriləri arasında SOCAR, BP və digər mühüm sənəye şirkətləri vardır.
SDL Nobel, neft-qaz sənayesinə dənizdə və quruda istehsal xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış şirkətdir. Onun göstərdiyi xidmətlər çeşidinə istehsal və iş sahəsinin quraşdırılması, istehsal edilmiş materialların yoxlanılması, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.