Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 64,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 29,1 milyon ABŞ dolları və ya 31,1% azdır.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 93,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Təkcə oktyabr ayında 10,7 milyon dollarlıq elektrik enerjisi ixrac olunub ki, bu da illik 8,3 milyon dollar (43,7%) azdır.
Ötən ilin oktyabr ayında Azərbaycandan xarici ölkələrə 19 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.









