Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
FED.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 400 min ton və ya 5,5% azdır.
Belə ki, 2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.