Azərbaycanda daha iki audit şirkətinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Auditorlar Palatasının açıqladığı məlumatda bildirilir.
Məlumata əsasən, “Audit Reports and Consulting” MMC-nin fəaliyyəti direktoru Ceyhun Qaflanovun 20 oktyabr 2026-cı il tarixli müraciəti əsasında müvəqqəti dayandırılıb.
Şirkətə 6 avqust 2025-ci ildə AT/350 nömrəli auditor fəaliyyəti üçün lisenziya verilib. Lisenziyanın müddəti 6 avqust 2030-cu ilədək nəzərdə tutulub. Beləliklə, şirkət lisenziya aldıqdan təxminən 14 ay sonra fəaliyyətini dayandırmaq üçün müraciət edib.
Digər şirkət isə “Audit and Assurance Center” MMC-dir. Onun fəaliyyəti direktoru Fərid Osmanovun 30 oktyabr 2026-cı il tarixli ərizəsi əsasında müvəqqəti dayandırılıb.
200 manat nizamnamə kapitalına malik “Audit and Assurance Center” MMC 8 iyun 2026-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətə həmin il iyunun 16-da AT/377 nömrəli lisenziya verilib. Lisenziyanın müddəti 16 iyun 2031-ci ilədək müəyyən edilib.
Beləliklə, ikinci şirkətin fəaliyyəti lisenziya almasından cəmi dörd ay yarım sonra dayandırılıb.













