Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Britaniya şirkətinin birgə müəssisəsi böhranlı 2020-ci ildən xalis mənfəətlə çıxmağı bacarıb.
Eləcə də bax: SOCAR-ın təsdiq edilmiş - Neft Ehtiyatları Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “SOCAR Cape” MMC 2020-ci il ərzində 94 milyon manat həcmində gəlir əldə edib. Bu da illik müqayisədə 1.1% azalma deməkdir.
Məhsulun maya dəyəri isə 72 mln. manat olmaqla, SOCAR Cape-nin ümumi mənfəətinin 22 milyon manat olmasına səbəb olub. Öncəki ildə ümumi mənfəət 38 mln. manat idi. Şirkətin ümumi və inzibati xərcləri isə 4 mln. və digər xərcləri isə 5 mln. olmuşdur.
Beləliklə illik xalis mənfəəti 17 milyon manat olmuşdur, halbu ki 2019-cu ildə 29 milyon manat idi.
Qeyd edək ki, “SOCAR Cape” birgə müəssisəsi 2010-cu ildə yaradılıb. Layihədə 51% Azərbaycan tərəfinə, 49% isə Britaniyanın “Cape Indastrial Servisez ltd.” şirkətinə məxsusdur.