Bu ilin ilk 9 ayında Azərbaycandan 8 milyard 939 milyon dollar həcmində 16 milyon 996 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyard 69 milyon dollar və ya 18,8%, miqdar ifadəsilə isə 612 min ton, başqa sözlə 3,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 11 milyard 8 milyon dollar dəyərində 17 milyon 609 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 894 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 062 manat idi. Bu da illik müqayisə ilə 168 manat və ya 15,8% ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 48,04%-ü xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 55,44% olub.