Bu ilin ilk 7 ayında Azərbaycandan 41,6 milyon dollar həcmində 737 milyon 466 min kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,2 milyon dollar və ya 19,6%, miqdar ifadəsilə isə 203 milyon 671 min kVt/saat, başqa sözlə 21,6% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 51,8 milyon dollar dəyərində 941 milyon 138 min kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,6 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9,4 qəpik idi. Bu da illik müqayisə ilə cüzi bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,27%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,99%-i elektrik enerjisinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,32% olub.