Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617,8 mln. kVt·st, yəni 80%-dən çox artaraq 3 580,6 mln. kVt·st təşkil edib.
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, 11 ay ərzində elektrik enerjisi istehsalı iistilik enektrik stansiyalarda 22 351,9 mln. kVt·st, su elektrik stansiyalarda isə 2 780,9 mln. kVt·st, digər mənbələr üzrə isə 799,7 mln. kVt·st təşkil edib.
“Bu dövrdə külək elektrik stansiyalarında 48,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 540,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, - məlumatda qeyd olunur.