Cari ilin yanvar-avqust aylarında Azərbaycan 23 ölkəyə ümumilikdə 10,3 milyard dollar dəyərində 16,5 milyon ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən neft ixracından gəlirlər son bir ildə 926,8 milyon dollar, başqa sözlə 8,2%, ixracın miqdarı isə 2 milyon ton və ya 11% azalıb.
Xam neft ixracı ümumi ixracın 56,54%-ni təşkil edib.
Hesabat dövründə ən çox neft İtaliyaya ixrac edilib. Məlumata əsasən bu ölkəyə ixrac edilən neftin dəyəri 3,9 milyard dollar, miqdarı isə 6,2 milyon ton təşkil edib.
İkinci pillədə İsrail qərarlaşıb. Məlumata görə bu ölkəyə 1,3 milyard dollarlıq 2,2 milyon ton neft ixrac edilib.
Üçüncü yerdə isə 738,8 milyon dollar dəyərində 1,2 milyon min ton göstərici ilə Çexiya gəlir.
Azərbaycan neft 7 ayın nəticələrinə görə ən baha qiymətə 657 dollara (1 117 manata) Almaniyaya, ən ucuz qiymətə 486 dollara (826 manata) Özbəkistana satılıb.
S/n |
Ölkələr |
Miqdar (ton) |
Staistik dəyər (dollar) |
1 tonun orta ixrac qiyməti (dollar) |
1 tonun orta ixrac qiyməti (manat) |
|
Cəmi |
16 475 803 |
10 308 018 860 |
$628 |
1,067 ₼ |
1 |
İtaliya |
6 226 092 |
3 940 368 790 |
$633 |
1,076 ₼ |
2 |
İsrail |
2 233 527 |
1 377 514 650 |
$617 |
1,048 ₼ |
3 |
Çexiya |
1 165 388 |
738 773 010 |
$634 |
1,078 ₼ |
4 |
Hindistan |
1 029 548 |
646 775 180 |
$628 |
1,068 ₼ |
5 |
Xorvatiya |
1 005 081 |
627 001 410 |
$624 |
1,061 ₼ |
6 |
Portuqaliya |
691 401 |
437 551 470 |
$633 |
1,076 ₼ |
7 |
Almaniya |
618 387 |
406 340 600 |
$657 |
1,117 ₼ |
8 |
Böyük Britaniya |
650 115 |
390 895 780 |
$601 |
1,022 ₼ |
9 |
Rumıniya |
433 833 |
269 181 650 |
$620 |
1,055 ₼ |
10 |
Tailand |
376 876 |
234 238 660 |
$622 |
1,057 ₼ |
11 |
Türkiyə |
314 288 |
173 193 830 |
$551 |
937 ₼ |
12 |
Tunis |
256 640 |
163 897 060 |
$639 |
1,086 ₼ |
13 |
İndoneziya |
261 305 |
153 687 470 |
$588 |
1,000 ₼ |
14 |
Yunanıstan |
228 237 |
144 806 060 |
$634 |
1,079 ₼ |
15 |
Niderland |
168 986 |
106 838 990 |
$632 |
1,075 ₼ |
16 |
Serbiya |
158 383 |
98 354 900 |
$621 |
1,056 ₼ |
17 |
İspaniya |
166 327 |
96 479 120 |
$580 |
986 ₼ |
18 |
Uruqvay |
138 720 |
85 099 830 |
$613 |
1,043 ₼ |
19 |
Polşa |
90 151 |
57 363 560 |
$636 |
1,082 ₼ |
20 |
Fransa |
89 713 |
57 085 070 |
$636 |
1,082 ₼ |
21 |
İrlandiya |
86 043 |
54 233 980 |
$630 |
1,072 ₼ |
22 |
Avstriya |
85 869 |
47 903 690 |
$558 |
948 ₼ |
23 |
Özbəkistan |
893 |
434 090 |
$486 |
826 ₼ |