2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton neft ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Neft ixracından əldə edilmiş ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 218 milyon 864 dollar və ya 2,3%, miqdar ifadəsilə 844,2 min ton və ya 5,4% aşağı düşüb.
Xatorladaq ki, 2023-cü ilin ilk 7ayında Azərbaycandan 9 milyard 445 milyon dollar dəyərində 15 milyon 540 min ton neft ixrac olunmuşdu.
Hesabat dövründə 1 ton neftin orta ixrac qiyməti 1 078 manat (628 dollar) olub, bu illik müqayisədə 34 manat və ya 20 dollar (3%) bahalaşma deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə neftin orta ixrac qiyməti 1 033 manat (608 dollar) olmuşdu.
Bu ilin ilk 7ayının nəticələrinə görə, xam neft ixracının ümumi ixracdakı payı 57,31% təşkil edib. Ötən ilin müvafiq dövründə isə neftin ümumi ixracda payı 45,46% olmuşdu.