Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.6 dollar azalaraq 100.11 ABŞ dolları təşkil edib. Ötən gün "Azeri Light" 101.71 dollara ticarət edilmişdi.