Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 427,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (452,9 dollar) ilə müqayisədə 5,6% azdır.