Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 327 ABŞ dollarına çatıb.
FED.az xəbər verir ki, 26 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 326,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308,5 dollar) ilə müqayisədə 6% çoxdur.