Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 325 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 27 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 323,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (333 dollar) ilə müqayisədə 2,8% azdır.