Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 8 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 297,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (291,3 dollar) ilə müqayisədə 2,2% çoxdur.