Bu gün Avropada keçirilən hərraclarda təbii qazın qiymətində rekord göstəricilər qeydə alınır.
FED.az xəbər verir ki, qaz Rusiyanın Ukraynaya hücumu və bununla bağlı olaraq Qərbin Rusiyaya sanksiyaları səbəbindən bahalaşır.
Gün ərzində neçə dəfə baş verən artımdan sonra London birjasında qiymətlər tarixdə ilk dəfə olaraq 1 min kubmetr üçün 3000 dollara çatıb. Niderlanddakı TTF habında aprel müqavilələrinin qiyməti 1 min kubmetr üçün 3017 dollar olub.
Ümumilikdə bu gün birjalarda qaz 39% bahalaşıb.
Qeyd edək ki, bu gün neft qiymətləri də rekord vurur – Brent neftinin qiyməti 2008-ci ildən bəri ilk dəfə 139 dolları keçib.