Avropada qazın qiyməti 1000 kubmetr üçün 400 dollardan aşağı düşüb.
FED.az xəbər verir ki, 8 iyul 2021-ci ildən bəri qazın ən aşağı qiymətidir. Gün ərzində ümumi qiymət azalması təxminən 2,4% təşkil edib.
Avropada qazın qiyməti birja ticarətində 1000 kubmetr üçün 400 dollardan aşağı düşüb. London ICE birjasına görə, bu 8 iyul 2021-ci ildən bəri qazın ən aşağı qiymətidir.
Hollandiyanın TTF qovşağında isə iyun fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 398,1 dollara düşüb. m və ya MVt/saat üçün €35,06 (cari avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilədir).
Avropada qazın qiymətinin azalması anbarlarda böyük həcmdə qaz toplanması, rekord həcmdə sıxılmış qazın alınması və havaların isti keçməsi ilə bağlıdır.
Belə ki, hazırda Avropadakı qaz anbarlarının doluluğu 62%-i ötüb. Aprel ayında Avropanın qaz ötürücü sisteminə vurulan qazın həcmi isə tarixi maksimuma - 12,07 milyard kubmetrə çatıb. Üstəlik Avropaya rekord LNG axını may ayında da davam edir.