Avropada təbii qaz qiymətləri qısa müddət ərzində mənfiyə doğru gedə bilər. Yəni satıcılar alıcılara əlavə pul ödəyəcəklər. Bəzi bazar iştirakçılarının fikrincə, bu, çox yaxın gələcəkdə baş verə bilər.
Avropada qazın qiyməti son iki ildə – ƏN AŞAĞI HƏDDƏ DÜŞÜB – CƏMİ 300 DOLLAR
FED.az-ın məlumatına görə, «Bloomberg» Avropada qazın mənfi qiymətlərinin ola biləcəyi barədə xəbərdarlıq edib
Agentlik Almaniyanın Essen şəhərində keçirilən illik E-World enerji sərgisinin iştirakçılarına istinadən yazır ki, ən böyük əmtəə bazarı operatorlarının top-menecerləri etiraf ediblər ki, Avropada qısamüddətli qaz müqavilələri üzrə qiymətlər bu yay bir müddət mənfi ola bilər. Yayda tələbatın ləng artımı, qaz təchizatının artımına bərabər olmasa, qaz qiymətləri sıfırdan aşağı düşə bilər.
Bu o deməkdir ki, qaz istehsalçıları faktiki olaraq istehlakçılara qazı götürmək üçün pul ödəməli olacaq.
Bu həftə Avropada birjada qazın qiyməti son iki ildə ilk dəfə olaraq min kubmetr üçün 300 dollardan aşağı düşüb. Mayın 26-da keçirilən hərracda Hollandiyanın TTF qovşağında iyun fyuçerslərinin qiyməti 0,3% azalaraq 1 MVt/saat üçün 25,38 avro və ya 1000 kubmetr üçün təxminən 286 dollar təşkil edib.
Norveçin Equinor neft şirkətinin qaz ticarəti və optimallaşdırılması üzrə vitse-prezidenti Peder Byorland agentliyə bildirib ki, Avropanın seçilmiş regional qaz bazarlarında yüksək bərpa olunan enerji istehsalı ilə, qiymətlər saatlar və ya günlər ərzində mənfiyə çevrilə bilər. Bununla belə, o, mənfi qiymətlərin hələ də uzaqda olduğunu və "yolda çox şeyin baş verə biləcəyini" xəbərdar etdi.
İsveçrənin MET International ticarət şirkətinin baş icraçı direktoru György Varga da etiraf edir ki, Avropada qazın qiyməti 1 MVt/saat üçün 10 avrodan (min kubmetr üçün təxminən 113 dollar) aşağı düşəcək. "Qısa müddətdə, bir neçə gün ərzində qaz anbarları dolu olarsa, qiymətlərin 10 avrodan aşağı olduğunu görə bilərik" deyən direktor, bildirib ki, buna saxlama yeri çatışmazlığı ola bilər.
Qeyd edək ki, qazın qiymətinin mənfiyə düşməsi artıq bir dəfə baş verib - 2006-cı ilin oktyabrında Böyük Britaniyada qazın mənfi qiymətləri müşahidə olunub. Həmin vaxt yeni Langeled boru kəməri ilə isti havalarda tədarüklər başlayandan və qaz anbarları demək olar ki, dolu olduqdan sonra gündaxili qiymətlər qısa müddət ərzində sıfırdan aşağı düşmüşdü. Oxşar amillər indi də yaranıb: qaz ehtiyatlarının sürətlə doldurulması, istehlakın kəskin azalması, həmçinin bərpa olunan enerji istehsalının artması (külək dəyirmanları və günəş enerjisi) hesabına qazın qiyməti aşağı düşür. Qaz anbarları məhdud olan bazarlarda qazın qiymətinin sıfıra düşməsi ehtimalı daha yüksəkdir.
Avropada qazın yeraltı anbarlara vurulması mövsümü davam edir, halbuki qaz ehtiyatları indi bir il əvvəlkindən xeyli çoxdur. “Gas Infrastructure Europe” şirkətinin məlumatına görə, mayın 23-nə regionun anbarlarındakı ehtiyatlar ümumi yükün 66,48%-ni təşkil edirdisə, bir il əvvəl onlar 44%-i ötmürdü. Agentlik yazır ki, bəzi ekspertlər Avropadakı qaz anbarlarının isitmə mövsümünün başlanmasından xeyli əvvəl avqustda dolacağını gözləyirlər. Eyni zamanda, qiymət endirimləri hələ də sənaye tələbini canlandırmayıb, çünki bəzi alıcılar qaz alışını bazar qiymətləri daha da ucuzlaşana qədər təxirə salırlar.
Qaz qiymətlərinin yaxın müddətdə mənfiyə çevrilməsi üçün bir çox amillər üst-üstə düşməlidir. Avropaya LNG tədarükündə fasilələr və ya Rusiya boru kəmərləri vasitəsilə tədarükün tamamilə dayandırılması riski səbəbindən qazın qiymətləri kəskin arta bilər. Bundan əlavə, sənayedən tələb arta bilər. Əgər yüksəliş amillərinin heç biri reallaşmasa və əlavə anbar və ya qaz tankerləri saxlanmaq üçün mövcud olmasa, qiymətlər bir neçə gün ərzində düşə bilər.