Avropada təbii qazın orta birja qiyməti iyun ayında may ayı ilə müqayisədə 6,2% azalaraq hər min kubmetr üçün 535,3 ABŞ dolları təşkil edib.
FED.az bu barədə Londonun ICE birjasının məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat verir.
Məlumata görə, Avropanın ən böyük qaz habı olan Niderlanddakı TTF indeksi üzrə ən yaxın fyuçerslərin orta hesablaşma qiyməti hər min kubmetr üçün 535,3 dollar olub.
İyunun əvvəlində qaz kotirovkaları maksimum 613,4 dollaradək yüksəlib. Ən aşağı qiymət isə 25 iyun tarixində – 470,8 dollar səviyyəsində qeydə alınıb. Qiymətlərin enməsi Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı xəbərlər, həmçinin 18 iyun tarixində ABŞ və İran arasında Yaxın Şərqdə münaqişənin başa çatdırılması ilə bağlı memorandumun imzalanmasından sonra sürətlənib.














