Çərşənbə günü Avropa birjalarında ticarətin açılışında qaz qiymətləri ABŞ və İran arasında iki həftəlik qarşılıqlı atəşkəs xəbərləri fonunda 18% azalıb.
FED.az bu barədə London ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Niderlanddakı TTF habındə may fyuçersinin qiyməti 1 min kub metr üçün təxminən 518 ABŞ dollarına, yaxud cari avro-dolar məzənnəsinə əsasən 1 MWh üçün 42,905 avroya düşüb (ICE birjasında qiymətlər MWh başına avro ilə göstərilir).













