Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 545 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 20 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 544,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (540,1 dollar) ilə müqayisədə 0,9% çoxdur.