Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 540 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 537 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559,1 dollar) ilə müqayisədə 4% azdır.