Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqustun 23-dən ilk dəfə olaraq 500 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 2 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 497,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (513,1 dollar) ilə müqayisədə 3,1% azdır.