Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 510 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 19 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 506,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (532,2 dollar) ilə müqayisədə 4,9% azdır.