Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 490 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 12 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 493,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (486 dollar) ilə müqayisədə 1,5% çoxdur.