Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 485 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 25 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 487,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (470,7 dollar) ilə müqayisədə 3,6% çoxdur.