Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 12 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 480,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (463,5 dollar) ilə müqayisədə 3,6% çoxdur.