Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 28 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 477 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487 dollar) ilə müqayisədə 2,1% azdır.