Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 455 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 16 iyun tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyul fyuçerslərinin qiyməti 460 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (451,8 dollar) ilə müqayisədə 1,8% çoxdur.