Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 25 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 447,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (455,1 dollar) ilə müqayisədə 1,7% azdır.