Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 2 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 447,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (438,3 dollar) ilə müqayisədə 2,1% çoxdur.