Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 445 ABŞ dolları səviyyəsində qərarlaşıb.
FED.az xəbər verir ki, 1 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 445 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (438,3 dollar) ilə müqayisədə 1,5% çoxdur.