Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.
FED.az xəbər verir ki, 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur.