Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarına yaxın səviyyəasində qərarlaşıb.
FED.az xəbər verir ki, 5 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 408,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (405,5 dollar) ilə müqayisədə 0,8% çoxdur.