Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dolların ötüb.
FED.az xəbər verir ki, 23 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 405,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (400,7 dollar) ilə müqayisədə 1,2% çoxdur.