Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 14 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 406,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (401,5 dollar) ilə müqayisədə 1,3% çoxdur.