Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 19 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 403,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (385,1 dollar) ilə müqayisədə 4,8% çoxdur.










