Avropada qazın birja qiyməti çərşənbə günü ticarətin sonunda 7% düşərək min kubmetr üçün 312 dollar təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Londonun ICE birjası bildirir.
Yanvarın 2-də Avropada birja qazının qiyməti sentyabrın 7-dən sonra ilk dəfə olaraq 350 dollardan aşağı düşmüş və bu səviyyə ətrafında qalırdı.
Avropa birjasında qazın yüksək qiymətləri dövrü 2021-2022-ci illərdə də olub. Qiymət 2022-ci ilin yazında min kubmetr üçün 3892 dollar olmaqla tarixi rekorda çatmış, sonra həmin ilin payızından düşməyə başlamışdır. Ötən ilin sonunda orta qiymət min kubmetr üçün təxminən 460 dollar olmuşdu. (Marja)