Ötən gün keçirilən hərraclar bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 27 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 463 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (456,8 dollar) ilə müqayisədə 1,4% çoxdur.