Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 490 ABŞ dollarına enib.
FED.az xəbər verir ki, 28 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 490,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (497,8 dollar) ilə müqayisədə 1,5% azdır.