Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarına enib.
FED.az xəbər verir ki, 15 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 400,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (405,8 dollar) ilə müqayisədə 1,3% azdır.