Bu gün Avropada qazın birja qiymətləri hərracda 7 faizdən çox ucuzlaşıb.
FED.az xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir.
TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi) üzrə iyul (ən yaxın) füçersləri ticarəti min kubmetr üçün 366,3 ABŞ dolları (+2,3%) səviyyəsində açıb. Daha sonra o, 331,5 dollara (-7,4%) düşüb.