Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 570 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 29 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 574,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (527,7 dollar) ilə müqayisədə 8,8% çoxdur.













