Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 19 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 412,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,4 dollar) ilə müqayisədə 8,2% çoxdur.