Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 295 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 7 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 296 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (275 dollar) ilə müqayisədə 7,6% çoxdur.